Azərbaycanla Almaniya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva avqustun 30-da Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat departamentinin direktoru Paul Amannı partiyanın mənzil qərargahında qəbul edib.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva avqustun 30-da Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat departamentinin direktoru Paul Amannı partiyanın mənzil qərargahında qəbul edib. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31