İsmayıllıda mikroavtobusla evakuator toqquşub, 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətinə hərəkət edən "Ford Transit" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Tovuz rayon sakininə məxsus 12-HD-146 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı evakuatorla toqquşub.

Nəticədə iki nəfər aldığı xəsarətdən hadisə yerində ölüb, evakuatorun sərnişini, Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və mikroavtobusdakı sərnişinlər - Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31