Dövlət-din münasibətləri müzakirə ediləcək

Türkiyə Univcersitetləri Məzunları İctimai Birliyi “Dövlət – din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr” adlı layihəsi çərçivəsində konfrans keçirəcək.

Türkiyə Univcersitetləri Məzunları İctimai Birliyi "Dövlət - din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr" adlı layihəsi çərçivəsində konfrans keçirəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, Xırdalan şəhərində keçirilməsi nəzərdə tutulan konfransda ölkədəki mövcud dini durumdan danışılacaq, gənclərə radikal dini qruplaşmalara meyillənməkdən uzaq durmaq tövsiyyə ediləcək. Təşkilat sədri deyib ki, layihənin məqsədi Respublikamızda mövcud olan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, yad və radikal sektaların təsirindən qorunmalarında gənclərin rolu və qarşısında duran vəzifələri haqqında maarifləndirici konfransların keçirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31