Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi yekunlaşıb

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən sözügedən yolun tikintisi işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb.

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən sözügedən yolun tikintisi işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Layihəyə uyğun olaraq yolun 1,68 km-də Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31