Bakıda 70-ə yaxın şəxsi gün vurub
"Bakıda yay mövsümü başlayandan indiyə qədər günvurma ilə əlaqədar 69 nəfər müraciət edib".
24 Avqust 2016 16:20 Sosial"Bakıda yay mövsümü başlayandan indiyə qədər günvurma ilə əlaqədar 69 nəfər müraciət edib".
Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Baş həkimin sözlərinə görə, onlardan 26 nəfəri xəstəxanaya göndərilib. Günvuran şəxslərin 13-ü uşaq olub. Onların 7-si xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı qeydə alınmayıb.
R.Nağıyev qeyd edib ki, stansiyaya gün ərzində təxminən 1800-2000-ə yaxın çağırış daxil olur. Onun sözlərinə görə, son günlərdə müşahidə edilən isti hava şəraiti çağırışların sayının artmasına səbəb olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31