Region partlamamış barıt çəlləyini xatırladır

Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsi üzrə görüşündən müəyyən müddət keçməsinə baxmayaraq, bu müddət ərzində yalnız cəbhə bölgəsində nisbi sabitlik hökm sürməkdədir. Real nəticələr isə ortada yoxdur. Sanki, bu danışıqlar atəşkəsin qorunmasına hesablanıb kimi müəyyən təəssürat yaradır.

Məhəmməd Əsədullazadə: "Danışıqlarda mütləq rayonların boşaldılması reallaşmalıdır"

Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsi üzrə görüşündən müəyyən müddət keçməsinə baxmayaraq, bu müddət ərzində yalnız cəbhə bölgəsində nisbi sabitlik hökm sürməkdədir. Real nəticələr isə ortada yoxdur. Sanki, bu danışıqlar atəşkəsin qorunmasına hesablanıb kimi müəyyən təəssürat yaradır.

. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, avqust ayında Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri, ardınca Moskvada Ermənistan prezidenti Serj Sərkisyanı qəbul etməsi müəyyən ümidlər yaratsa da, lakin münaqişənin tənzimlənməsində irəliləyişə nail olunması istiqamətində açıqlamalar verilmədi. Onun szlərinə görtə, bu da öz növbəsində danışıqlarda verilən açıqlamalara tam fərqli yanaşma ortaya qoydu: "Əvvəlki aylarda ciddi nəticələrin olacağına zəmin yaradılsa da, Putinin sonrakı açıqlamaları təssüf yaradır. Ermənistanın yenidən cəzalandırılması üçün yay aylarında hərbi əməliyyatların keçirilməsini ən əlverişli şərait yaradırdı. Bu, aylarda düşmənə ciddi zərbələr vurulmalı və ciddi nəticə əldə edilməli idi". Politoloqun qənaətincə, Putinin Bakıya səfəri öncəsi verdiyi Qarabağla bağlı açıqlamada bir daha aydın oldu ki, Rusiya münaqişəni uzatmaq və regionda təsir imkanlarını saxlamaq strategiyasını genişləndirməkdədir: "Rusiyanın Ermənistanla birgə hərbi birləşmə yaratması və bu hərbi birləşməyə 102-ci bazanı daxil etmə planı ciddi narahatlığa əsas verir. Bu, hərbi birləşməmin komandanlığına Ermənistanın Naxçıvanla sərhəddə yerləşmiş 4-cü korpusunun komandiri general-mayor Markaryanı gətirməsi, Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək vermək və Qarabağda rus əsgərinin döyüşməsinə "hüquqi zəmin" yaratmaqdır. Rusiya Ermənistanda möhkəmlənməklə təhlükəsizliyimizi ciddi şəkildə təhdid edir. Bu, regionda işğala zəmin yaradır". Təşkilat sədri deyib ki, aprel əməliyyatlarından sonra regionda geosiyasi vəziyyət mürəkkəbləşib, eyni zamanda Rusiya Ermənistanda hərbi gücünü möhkəmləndirmək yolunu tutub: "Ermənistanla birgə havadan müdafiə sisteminin yaradılması və digər hərbi sahələrdə texniki dəstək onun Minsk qrupundakı ədalətli missiyasına kölgə salmış olur. Onsuz da, Putin daima öz açıqlamasında Qarabağ münaqişəsində beynəlxalq hüquq normalarını görməzlikdən gələrək, dövlətin ərazi bütövlüyünü sual altına qoyur. Bu münaüişədə hər iki tərəfin qalibiyyətli olmasını vurğulayır. Rusiya hazırda iki rayonun qaytarılması əvəzində Azərbaycana elə bir şərtlər irəli sürür ki, bu da qəbuledilməzdir. Əslində bununla danışıqları uzatmaqla status-kvonu saxlamaq siyasətini gerçəkləşdirir. Bununla bir daha aydın olur ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki hər iki ölkəni öz orbitində saxlayır, Cənubi Qafqazda Ermənistan ərazisində hərbi gücünü artırır və bu münaqişədən istifadə edərək, Azərbaycana milyardlarla dollar dəyərində silah satır . Ən əsası, Azərbaycanı Ermənistanın əli ilə şantaj edir". Politoloq onu da deyib ki, artıq,Qarabağla bağlı diplomatik hərəkətlilik də səngiyib: "Bu müddət ərzində bütün planlar və həll variantları masaya yatırılıb, yüksək səviyyədə danışıqlar prosesi keçirilib. Danışılamayan, müzakirə olunmayan detallar qalmayıb. Son üç ayda intensiv danışıqlar keçirildi. "Lavrov planı" və "Kazan formulu" irəli sürüldü. Bu danışıqlar aprel müharibəsindən sonra birinci mərhələnin sonu oldu. Artıq üzümüzə gələn aylarda keçiriləcək görüşlər danışıqların ikinci raundu olacaq. İkinci mərhələdə danışıqlarda mütləq rayonların boşaldılması reallaşmalıdır. Bunun bütün detalları birinci mərhələdə müzakirə olunub. Rusiya və Ermənistan yenidən danışıqları birinci mərhələ kimi uzadacaqsa, irəli sürdükləri şərtlər ərazi bütövlüyümüzə qarşı olacaqsa, Azərbaycan artıq cəbhə bölgəsində düşməni yenidən cəzalandırmalıdır. Vaxt itkisi isə Ermənistanın xeyrinə işləyir. Bu müddət ərzində Rusiyanın Ermənistanla birgə hərbi birləşməsi reallaşacaqsa, bu Ermənistanın mövqeyini gücləndirəcək. Müharibə yenidən başlayarsa birgə hərbi birləşmə adı altında rus hərbi texnikası və əsgərləri Qarabağda peyda olacaq. Rusiya Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması üçün real siyasi addımlar atmayacaq . Azərbaycanın yalnız seçim imkanı öz silahlı qüvvələridir. Əslində Aprel eskaladiyasından sonra "Lavrov planı"və "Kazan formulu"gerçəkləşməli idi. Azərbaycana 5+2 rayon qaytarılır, Qarabağa aralıq statusu verilir və sülhməramlı qüvvələr yerləşdirilir. Nədənsə, bu razılaşma reallaşmadı.Hazırda 5-rayon yox, Rusiya tərəfindən iki rayon irəli sürülür. Rusiyanın bu, şərtləri Qarabağ münaqişəsinin alovlanmasına zəmin yaratmaqdadır. Region hazırda ciddi şəkildə partlamamış barıt çəlləyini xatırladır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31