Vergi borcuna görə 308 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
24 Avqust 2016 13:34 SosialVergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 23 avqust tarixinə vergi borcu olduğuna görə 308 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 4 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31