Saç ustalarını gözləyən təhlükə: Uşağınız olmaya bilər!
İşlərindən dolayı bir çox kimyəvi məhsullar istifadə etməli olan saç ustası qadınların və kosmetik sektorda çalışan qadınların yumurtalıq funksiyalarını erkən yaşda itirərək uşaq sahibi olmamaq riskiylə qarşı-qarşıya olduğu ortaya çıxıb.
23 Avqust 2016 18:55 Sosialİşlərindən dolayı bir çox kimyəvi məhsullar istifadə etməli olan saç ustası qadınların və kosmetik sektorda çalışan qadınların yumurtalıq funksiyalarını erkən yaşda itirərək uşaq sahibi olmamaq riskiylə qarşı-qarşıya olduğu ortaya çıxıb.
Qadın saç ustalarını üzəcək bu xəbər isə ABŞ-ın Marilənd əyalətindən gəlir. 3 min 986 qadın saç ustası və başqa peşələrdən olan 2 min qadın arasında araşdırma aparılıb.
Qadınların uşaq sahibi olmamasına səbəb olan "Erkən Yumurtalıq çatışmazlığının" əsas səbəbləri arasında genetik amillər, tiroid iltihabı, oynaq revmatizması ( otoimmun xəstəlikləri) , infeksiyalar ( quladibi xəstəliyi) və xərçəng gəlir.
Heyvanlar üzərində aparılan araşdırma zamanı bəlli olub ki bəzi kimyəvi məhsullarla təmasda olmaq erkən yumurtalıq çatışmazlığına səbəb olur.
Saç ustası qadınlarında bu işlə məşğul olmayan qadınlara nisbətən bu riskin 5 qat daha çox olduğu deyilir. Həmçinin erkən doğuş, doğuşla bağlı anomal hallar bu peşə ilə məşğul olan qadınlarda daha sıx görülür.
Spirtli içki və siqaret riski yüksəldir
Saç ustası olan qadınlar arasında siqaret çəkmək həddi digərlərinə nisbətən daha yüksəkdir və bəllidir ki, spirtli içki və siqaret mövcud problemin irəliləməsini sürətləndirir.
Bəs saç ustası olan kişiləri hansı təhlükə gözləyir?
Saç ustası olan kişilərdə sperma ifrazı yeniləndiyi üçün kimyəvi maddələrə məruz qalmaqları elə də təsir etmir. Qız uşağı dünyaya gəldiyində onun cəmi 2 min folekulu olur. Yetkinlik yaşına çatanda isə follekulların sayı 300-400 minə çatır. Bədən daha çox folekul yarada bilməz. Bu folekullar müəyyən mərhələdən sonra yetişmiş yumurta formalaşdıracaqları üçün çox önəmlidir. Follekullarda sayca azalma az sayda yetişkin yumurta əldə edilməsinə səbəb olur.
Təhlükədən qorunmaq üçün hansı ehtiyat tədbirləri görülə bilər?
İş zamanı özəl əlcəklər istifadə etməli, əlləriniz batıbsa çox yaxşı yumalısınız. Salonun havalandırma sistemi mütləq olmalıdır. Kimyəvi məhsullar qapaqları açıq saxlanmamalıdır.