Gülənçilər Ordubada toplaşdı

Türkiyə və Azərbaycanda baş verən hadisələrdən sonra, Rusiyada fəaliyyət göstərən nurçu qruplaşması hər il yay ərəfəsində təşkil etdiyi yay düşərgəsini, bu il Ordubadın Nüs-Nüs kəndində keçirib.

Toplantıda yeni hoca seçilib

Türkiyə və Azərbaycanda baş verən hadisələrdən sonra, Rusiyada fəaliyyət göstərən nurçu qruplaşması hər il yay ərəfəsində təşkil etdiyi yay düşərgəsini, bu il Ordubadın Nüs-Nüs kəndində keçirib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib ki, həmin "sxodkada" Rusiyada, Türkiyədə və Azərbaycanda fəaliyət göstərən FETÖ qruplaşmasının fəal üzvləri iştirak ediblər: "Bu görüş nəticəsində FETÖ şəbəkəsinin 2016-2017 fəaliyyətində bir neçə strateji dəyişiliklər oub. Bunlardan biri də Rusiyada fəaliyyət göstərən FETÖ təşkilatına yeni simalar cəlb etmək, nurçuluqda ifşa olunmuş idarə heyətini təzələmək və ən əsası Moskva şəhərinə yeni oda hocasının təyin olunmasıdır. Məndə olan məlumata görə, Moskva şəhərinin oda hocası Elvin "abi" Atakişiyev təyin olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31