Diaspor rəhbəri Lüksemburq Parlamentində görüş keçirib

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentində və Lüksemburqda fəaliyyət göstərən Avropa Xalq Sosialist Partiyasının ofisində görüşlər keçirib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentində və Lüksemburqda fəaliyyət göstərən Avropa Xalq Sosialist Partiyasının ofisində görüşlər keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentinin iş qrafiki və strukturu ilə tanış olub, bu ölkədə yaşayıb fəaliyyət göstərən soydaşlarımızın vəziyyəti, Azərbaycan həqiqətləri barədə müzakirələr aparıb. Görüşdə, həmçinin, Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin bu ilin oktyabrında bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, millət vəkilləri Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir. Görüşlərdə Sahil QasımovuLüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasinin nümayəndəsi Jacque Henckes, beynəlxalq siyasi ekspert Birgit Fuhrmann müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31