Yeni telekanal açılacaq
"Türkdilli ölkələrin ortaq televiziyasının adı "İnternational turkish news channel" olacaq. Telekanal 6 dildə yayımlanacaq".
23 Avqust 2016 13:41 Sosial"Türkdilli ölkələrin ortaq televiziyasının adı "İnternational turkish news channel" olacaq. Telekanal 6 dildə yayımlanacaq".
APA bildirir ki, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov deyib.
"Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31