Samuxda gənc analar üçün təlimlər keçirilib
“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsi şərşivəsində növbəti tədbiri Samux rayonunda keçirilib.
23 Avqust 2016 13:03 Sosial"Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər" layihəsi şərşivəsində növbəti tədbiri Samux rayonunda keçirilib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, təlim Samux rayon Əhmədbəyli kənd Uşaq baxçasında baş tutub. Təlimdə Əhmədbəyli kənd Uşaq Baxçasının müdiri Xəzanə Orucova, Əhmədbəyli kənd Tibb məntəqəsinin baş tibb bacısı Sevinc Həsənova, Əhmədbəyli icra nümayəndəliyi və gənc valideynlər iştirak edib. Təlimçi və ekspert təlimdə gənc analara körpələrin travma alması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib, gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Təlimdə valideynlərə körpələrin travma alması zamanı onlara qarşı görülməsi vacib olan ilkin tədbirlər və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Qeyd edək ki, layihə 3 ay müddətində Samux, Gəncə, Şəmkir rayonlarında icra olunacaq.