Dini radikalizmlə mübarizə yolları müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Digah kəndində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Digah kəndində "Dini radikalizmlə mübarizə yolları" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycanda mövcud olan multikultural mühitdən, tolerantlıqdan, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq, Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox az saylı xalqın birgə və dinc şəraitdə yaşadığını bildirib. O, qeyd edib ki, dini radikalizm sabitliyi və tolerant mühiti pozmağa hesablanan bir vasitə olsa da ölkəmizdə buna nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti imkan verməz. O, dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin artıq silsilə şəkil aldığını qeyd edib.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gələn "Fitnə" filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra iştirakçıları maraqandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31