Stress dərinin düşmənidir - Nə etməli?
Yoğun və uzun davam edən stressin xərçəngə qədər bir çox xəstəliyə səbəb olduğunu hər kəs bilir. Bəs stressin ən çox təsir etdiyi orqanın hansı olduğunu da bilirsinizmi?
22 Avqust 2016 18:55 SosialYoğun və uzun davam edən stressin xərçəngə qədər bir çox xəstəliyə səbəb olduğunu hər kəs bilir. Bəs stressin ən çox təsir etdiyi orqanın hansı olduğunu da bilirsinizmi?
Aile.lent.az-ın məlumatına görə, stressin ən çox təsir etdiyi orqan dəridir. Stressdən təsirlənən dəri yenilənə bilmir və kök hüceyrələr də təsirləndiyindən bir çox problemlər yaşanır. Bu problemlər sırasına dərinin qızarması, eqzema, tərləmə, saç tökülməsi, sızanaq, sədəf, vertigo kimi problemlər daxildir.
Stress zamanı yoğun bir şəkildə ifraz edilən hormonların bədəndə bir çox orqana mənfi təsiri var, amma dəriyə daha çox təsir edir. Nəticədə dəridəki yağlanma artaraq məsamə, sızanaq kimi problemlərə yol açır. Dəriyə daha az qan gəlməsi, daha solğun bir görünüş yardır və dərimizin yenilənmə funksiyasını azaldır.
Stress saç köklərinə təsir edərsə, saç tökülməsi, rng verən melanositlərə təsir edərsə, vertigo problemi yaşanır. Bu problemlərin də özəl bir müalicəsi yoxdur. Xəstə sadəcə rahatlıq tapmağa çalışmalıdır.