Məktəblilər üçün Ekoloji Klublar yaradılır

"Davamlı İnkişafa Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məktəblilərin ekoloji klublarının yaradılması" layihəsinin icrasına başlayır. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, ətraf mühitin qorunmasında məktəblilərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Bakı və Gəncə şəhərlərində icra olunacaq. İlkin mərhələdə 1 ay müddətində adları çəkilən şəhərlərdə məktəblilər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlimlər keçiriləcək, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetləri hazırlanacaq. Növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə ekoloji klublar yaradılacaq, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdiriləcəkdir. Klublara üzv olacaq məktəblilər üçün təlimlər və digər praktik tədbirlər təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00