“Heydər Əliyev və Gürcüstan” mövzusunda tədbir keçirilib

Mayın 11-də Marneulinin "Ata Holdinq" Mərkəzində "Heydər Əliyev və Gürcüstan" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan AMM-nin Gənclər təşkilatının rəhbəri Nərgiz Əliyeva Heydər Əliyevin gənclər siyasətindən, dünyada yaşayan azərbaycanlılara qayğısından söz açıb. O, qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan gəncliyinin uğurları ilə öyünürük, uzaqgörən və uğurlu siyasəti nəticəsində dünyada yaşayan azərbaycanlılar birlik olaraq xalqımızı dünyanın hər yerində təmsil edərək təbliğ edirlər. Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, səfir Azər Hüseyinin salamlarını iştirakçılara çatdırıb. O Azərbaycan-Gürcüstan münasibətləri haqqında dolğun çıxış edərək, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə olduğunu əsasən də iqtisadi layihələrin məhz ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilməsindən danışıb. Gürcüstan parlamentinin deputatı Azər Suleymanov ulu öndərlə şəxsi görüşündən və onun Gürcüstan azərbaycanlılarına qarşı qayğısından söz açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00