Bakıda İŞİD üzvünün oğurladığı uşağın FOTOsu
11 May 2016 16:07 SosialÖzünü İŞİD-çi kimi təqdim edən şəxs 8 yaşlı Hüseyn Ramazanlını oğurlayıb. Qafqazinfo-nun əməkdaşları hazırda məktəblinin yaşadığı ünvanda Sabunçu rayonunda yerləşən Şuşa şəhərciyindədirlər. Hüseyn və atası Elnur Ramazanlı polis bölməsində ifadə verdikləri üçün evdə olmayıblar. Anası Ramilə və nənəsi hadisə barədə danışmaq istəmədiklərini bildiriblər. Nənəsi, sadəcə, uşağın evin qarşısından, darvavazanın yanından oğurlandığını deyib. Hüseynin atası Elnur ifadə verdikdən sonra mediaya danışacaqlarını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00