Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb
11 May 2016 15:47 Sosial2016-cı ilin aprel ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 10945 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8461-i isə regionların payına düşür. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb. 01 may 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin oluub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00