Məmur özbaşınalığı vətəndaşı evsiz qoyub
Bəzi yerli qurumlar fırıldaqçıları himayə edir
11 May 2016 14:35 SosialAzərbaycan Reespublikasının Prezidenti Cənab İlham Əliyevin yerli icra orqanlarının səmərəli fəaliyyət göstərməsi, onların vətəndaşların ərizə və şikayətlərinə vaxtınbda və obyektiv baxılması barədə tapşırıq və tövsiyyələrinə baxmayaraq hələ də bəzi yerli məmurlar dövlət başçısının tapşırıq və tövsiyyələrinə əməl etmir, nəticə etibarilə vətəndaşlar arasında narazılıq meydana çıxır. Xüsusilə son vaxtlar vətəndaşlar tərəfindən hüquq-mühafizə orqanları, məhkəmə sistemindən daha çox narazılıqlar edilir. Elə Gəncə Şəhər sakini Sidiqə Həsənzadənin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etməsinə səbəb Gəncə şəhər, Nizami rayon məhkəmə sistemində baş verən mənfi hallardır. Dövlət başçısı ilə yanaşı kütləvi informasiya vasitələrinə də üz tutan Sidiqə Həsənzadə bildirir ki, 1966-cı ildə Gəncə Şəhər Nizami küçəsi bina 81 mənzil 43-ə gəlin köçüb. 2006-cı ildə həyat yoldaşı Rasim Həsənzadə dünyasını dəyişmədən öncə ailə üzvlərinin razılığı ilə, mənzilı qızı Səidə Qəhrəmanovanın adına özəlləşdiriblər: "Qızım Səidə ailə qurduqdan sonra həyat yoldaşının evində yaşasa da, evdə yalnız mən qeydiyyatda olmuşam. Bir müddətdən sonra mən tək qaldığımdan, qızım Səidə və yoldaşı Həmid Qəhrəmanov mənimlə yaşamalı oldular. Mənim xəbərim olmadan kürəkənim Həmid Qəhrəmanov qızıma təzyiq göstərərək 2008-ci qeydiyyatda olduğum mənzili Nağdalıyeva Məlahət Mahmud qızına razılığım və imzam olmadan satıb. 2014- cü il mart ayında tanımadığım bir nəfər kişi mənim yaşadığım evə gələrək bildirdi ki, sizin kürəkəniniz Həmid Qəhrəmanov mənə 500 manat kirayə haqqı ödəməlidir. Bu barədə kürəkənimdən və qızımdan soruşduqda mənə məlum oldu ki, qızıma məxsus olan mənzil mənim imzam olmadan satılıb". Müraciət müəllifi deyir ki, bu barədə məlumatı olan kimi Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edib: "Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz tərəfindən ərizəmə baxıldı və təəssüflər olsun ki, Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz qarşı tərəfin xeyrinə qətnamə çıxardı. Yenidən Gəncə Şəhər Apellasiya Məhkəməsinə, şikayət ərizəsi ilə müraciət etsəm də, Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxladılar. Apellasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət etsəm də, Ali Məhkəmənin hakimləri də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladılar". Müraciət müəllifi onu da diqqətə çatdırıb ki, 1 saylı mənzil istismar idarəsinin müdiri Əliyev Mahmud isə Nizami küçəsi bina 81, mənzil 43-də yaşayarkən onun adını, yaşadığı ünvandan qeyri-qanuni olaraq silib: " Cənab Preziden. Mənim hüquqlarımın gobudcasına pozulmasına görə müəyyən qurumlara tapşırıq verməyinizi sizdən xahiş edirəm. Dayım Abdullayev Firuddin Əsədulla oğlu Gəncə şəhərində Xalça kombinatının müdiri işləyib və Sizin atanız mərhum Heydər Əliyev onun əlini sıxaraq işində fərqləndiyinə görə onu təbrik edib. Mən uşaq vaxtlarımdan dayım Firuddin Avdullayevin himayəsində böyümüşəm. Cənab Preziden hər zaman sizin və atanızın apardığı siyasəti alqışlamışam, onu dəstəkləmişəm, Son ümid yerim kimi Sizə müraciət edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası istiqamətində müvafiq orqanlar qarşısında məsələ qaldırasınız".
Kamal