Hesablama Palatası büdcə pullarını geri qaytara bilərmi?
Komitə sədri: “Pul mənimsənilirsə, artıq xərclənirsə, o pullar büdcəyə ödənilməlidir”
11 May 2016 14:04 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edərək, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirmişdi.Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Onu da diqqətə çatdıraq ki, sözügedən qərar bütövlükdə yoxlamaların dayandırılması anlamına gəlməməlidir. Belə ki, Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısını təsdiqləyib. Fərmanla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Mərkəzi Bankı tərəfindən yoxlanılması; radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması. Bu siyahıda nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, ölkədə elə yoxlayıcı qurumlar mövcuddur ki, onlar dövlət sivfarişi ilə nəzarət və audit tədbirləri həyata keçirilər. Məsələn, Hesablama Palatası Milli Məclisin sifarişi ilə sadalanan nəzarət tədbirlərini həyata keçirir. Maraqlıdır, Azərbaycanda yoxlamaların iki il müddətinə dayandırılması barədə qərar qəbul olunduqdan sonra bu qurumun fəaliyyəti necə tənzimlənir? Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə iqtisadi sisteminin formalaşması istiqamətində çox cəsarətli addımlar atılıb. Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində işləyən dövlətlər arasında iqtisadi qanunvericilik bazasının təkmil olunması səviyyəsinə görə xeyli yuxarıdadır. Cəmi 25 il ərzində Azərbaycanda ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq demək olar ki, qabaqcıl təcrübəyə cavab verən qanunlar qəbul edilib. Bu qanunlardan biri də Hesablama Palatası haqqındadır. Məlumdur ki, Hesablama Palatası Milli Məclisin orqanıdır. Hesablama Palatası dövlətin ali audit orqanı kimi dövlətin maliyyə resurslarından istifadəyə nəzarət edir, belə bir təşkilatlar demək olar ki, dünyanın bütün inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərir. Hesablama Palatası qanunla fəaliyyəti dövründə böyük mərhələ keçib. Ölkənin malik olduğu büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi prosesinə nəzarət edən bu orqanın hər il Milli Məclisdə illik hesabatı cəmiyyətdə böyük maraq doğurur. 2015-ci il üzrə olan hesabat da proffesional səviyyədə hazırlanması ilə fərqlənir. Azərbaycan dövləti şəffaflığın təmin edilməsi, şəffaflığın korrupsiya hallarının qarşısını alması üçün tədbirlər görür. Çünki burada kifayət qədər proffesional mütəxəssislər, auditorlar çalışır. Hesablama Palatasının apardığı yoxlamaların səviyyəsi ildən-ilə yüksəlir. Yəni, ötən il Hesablama Palatasının həyata keçirdiyi auditor yoxlamalarının əhatə dairəsi 4,5 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 15% çoxdur. Maraqlıdır, sözügedən qurum tərəfindən yoxlamalar hansı sahələri əhatə edir və hansı sahələrdə daha çox pozuntular aşkar edilir? Kimitə sədri bildirib ki, əsaslı xərclər üzrə yoxlamalarda nöqsanlar daha çox olub. Bura tikinti və s. daxildir. Cəmi audit yoxlamalarının 9 %-i əmək ödənişləri, 8%-i icbari ödənişləri əhatə edir. Yəni, aşkar olunan nöqsanların başlıca səbəbi mühasibat uçotunun düzgün aparılmamasından irəli gəlir. Əmək haqqı, məsrəflər düzgün hesablanmır. Əmək haqqının, verginin vaxtında ödənilməməsi halları da az deyildir: "Palatanın fəaliyyətinin səmərəsini müəyyən edən əsas meyarlardan biri mənimsənilmiş, düzgün sərf edilməmiş büdcə vəsaitlərinin geri qaytarılmasıdır. Bu istiqamətdə Palatanın gördüyü işlər müsbət qiymətləndirilə bilər. Hesablama Palatasının gəlirlərin formalaşması, vəsaitlərin xərclənməsi ilə bağlı kifayət qədər səmərəli təklifləri var. Əvvəllər hər bir nazirlik, hər hansı bir dövlət strukturu büdcə vəsaitlərini özü xərcləyirdi, özü də yoxlayırdı. Amma qabaqcıl dünya təcrübəsində bu metod məqbul sayılmır. Bu kimi yoxlamalar ancaq Hesablama Palatası tərəfindən aparılır, çünki müstəqil orqandıronun audit yoxlamalarına diqqətlə yanaşılır. Dünya ölkələri Azərbaycana investisiya təklif edərkən maraqlandıqları məsələlərdən biri ölkədə audit xidmətinin, yoxlamaların, nəzarət sisteminin nə səviyyədə olmasıdır". Qurumun fəaliyətindəki yeniliklərə toxunan komitə sədri bildirib ki, Hesablama Palatasında yüksək səviyyədə profesional mütəxəssislər, o cümlədən, hüquqşunaslar, iqtisadçılar, mühəndislər çalışırlar. Bunlar vəsaitlərin xərclənməsini təkcə kağızlar əsasında yoxlamırlar, lazım gəldikdə ekspertiza metodundan və s. istifadə edilir. Dövlət başçısı son vaxtlar islahatların dərinləşməsi ilə əlaqədar müəyyən etdiyi tədbirlər kompleksində şəffaflığın artırılmasına, dövlətin vəsaitlərindən səmərəli istifadə olunmasına artıq xərclərə yol verilməməsinə çağırıb. Neftin qiymətinin aşağı düşdüyü, dünyada böhranın davam etdiyi bir şəraitdə maliyyə vəsaitlərindən, sosial-iqtisadi məsələlərə ayrılan vəsaitlərdən daha səmərli istifadə edilməlidir: "Göründüyü kimi, əsaslı xərclər üzrə audit yoxlamalarından nöqsanlar hələ də çoxluq təşkil edir. Ona görə də bu təşkilatlarda profilaktik işlər daha səmərəli aparılmalıdır. Uçotun düzgün təşkili, ikili uçotun ləğv edilməsi, əmək müqavilələrinin bağlanması, xərclərin təyinatı üzrə istifadə edilməsi kimi məsələlərə diqqət artırılmalıdır. Hesablama Palatasını qaldırdığı məsələlərə dövlət orqanları cavab verirlər. Bəzilərinin cavabları məni də, Hesablama Palatasını da qane etməyə bilər. Amma bir prinsipial mövqe var: nöqsanlar aşkar edilibsə, pul mənimsənilirsə, artıq xərclənibsə, o pullar büdcəyə ödənilməlidir. Eyni zamanda, həmin şəxslər və ya orqanlar maddi məsuliyyətə də cəlb olunmalıdırlar".
Nurlan