Sabis Sun Beynəlxalq Məktəbində Açıq Qapı Günü

24 aprel tarixində Sabis Sun Beynəlxalq məktəbi qapılarını geniş ictimaiyyətin üzünə açdı. Məktəb tərəfindən təşkil edilən Açıq Qapı Günündə maraqlanan hər kəs Sabis Sun Beynəlxalq məktəbi haqqında informasiya əldə etmək imkanı qazandı.
Qonaqlar səhər saatlarından etibarən onlar üçün təşkil edilmiş xüsusi turda iştirak etdilər. Məktəbin direktoru Jacobus Gericke qonaqlara məktəbi gəzdirərək onlara detallı informasiya verdi.
Açıq qapı günündə Sabis Sun beynəlxalq məktəbinin şagirdləri məktəbin bütün imkanlarını nümayiş etdirdilər. Xüsusi olaraq qurulmuş səhnədə canlı musiqi ifası, incəsənət müsabiqəsi, basketbol oyunu, stolüstü tenis, şahmat, riyaziyyat, istedad müsabiqəsi və s. kimi fəaliyyətlər hər kəsin böyük marağına səbəb oldu. Bu fəaliyyətlər həm də məktəbin tədrisinin ayrılmaz hissəsidir. Beynəlxalq təhsil sisteminin bir hissəsi olan "Spelling Bee" müsabiqəsi daha geniş maraq doğurdu.
Günün ən mühüm və sevindirici xəbəri isə 2015-ci ildən etibarən Bakıda fəaliyyətə başlayan Sabis Sun Beynəlxalq məktəbin şagirdlərinin Almaniya, İordaniya, Bəhreyn, Ruminiya, BƏƏ və s. ölkələrdə yerləşən Sabis şəbəkəsi məktəblərindən 600 nəfər şagirdin iştirak etdiyi beynəlxalq səviyyəli müsabiqədə ikinci yeri tutması oldu. 22 və 23 aprel tarixlərində BƏƏ-də təşkil edilən müsabiqədə iştiraka dəvət alan Sabis Sun Beynəlxalq Məktəbinin 8-ci sinif şagirdləri "Siqaretin toxumların inkişafına təsiri" mövzusunda layihəni təqdim etdilər. Mühüm sağlamlıq probleminə toxunan layihədə şagirdlər detallı elmi sübutlar və canlı eksperimentlər nümayiş etdirdilər. Bunula da 40 digər layihənin arasında 2-ci yeri qazandılar.
Bu qələbə bir daha məktəbdə təşkil edilən tədrisin beynəlxalq standatlar çərçivəsində olduğunu təsdiq etdi.
Qeyd edək ki, Dreamland ərazisində yerləşən SABIS SUN Beynəlxalq məktəbi 67000 kvadrat metr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00