Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib
26 Aprel 2016 16:12 SosialTürkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar 1915-ci il hadisələri ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə müsahibə verib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Bilal Dündar reportajda Azərbaycan Heydər Əliyev Kültür Evində yaradılmış Soyqrım Muzeyindəki ermənilər tərəfindən törədilmiş soyqrım aktlarını sübüt edən kütləvi məzarların şəkillərini göstərərək ermənilərin 24 aprel tarixində baş verənləri uydurduqlarını bildirib. O deyib ki, türklərin Lozanna və Çanaqqala zəfərlərini həzm edə bilməyən ermənilər məğlubiyyətlərin qisasını almaq üçün hər cür yalan və iftiralardan istifadə edir, 24 apreli " erməni soyqırımı" kimi dünyada qəbul etdirməyə çalışır. "1915-ci ildə Osmanlı vətəndaşı olan ermənilər şərqi və cənub-şərqi Anadoluda , Qars-Ərzurum və Ağrıda 130 min günahsız türkü vəhşicəsinə qətlə yetirdikləri halda, Osmanlı hakimiyyəti ermənilərin hətta yol xərclərini qarşılayaraq onları İran, İraq, Suriya və digər ölkələrə köçürmüşdü. Bir çoxunun mallarının və əşyalarının əvəzi də ödənilmişdi"-deyə TADEF rəhbəri vurğulayıb. Eyni zamanda B. Dündar Osmanlı Dövlətində bir sıra ermənilərin nazir və general rütbəsi aldıqlarını, lakin tarix boyu bir çox imperialist dövlətlərin erməniləri alət kimi istifadə etdiklərini bildirib: " "Arxiv tarixi materiallardan sübuta yetirilir ki, türk xalqı heç vaxt qırğın törətməyib. Bizim keçmişimizdə qaranlıq və utancverici heç nə yoxdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırlıması isə hər birimizin tarix qarşısında olan borcudur" -deyə təşkilat sədri vurğulayıb.