Adil Əliyev qazaxıstanlı həmklarları ilə görüşüb
26 Aprel 2016 15:03 SosialAzərbaycan-Qazaxıstan parlamentlerarası dostluq qrupunun üzvləri Azərbaycana səfərə gəlib. "OLAYLAR"-ın xəbərinə görə, qrupa Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Kasım -Jomert Kemeluli Tokayev rəhbərlik edir. Səfər zamanı Milli Məclisin üzvü Adil Əliyev də Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirib: "Görüş vaxtı Əenab Tokayev məni Qazaxıstan senatına dəvət etdi. Görüşde Türk dünyasının fəxri Oljas Suleymanov, Senatın maliyyə və büdcə komitəsinin sədri, Qazaxıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Axmetov Raşit Sayranoviç, Senatın beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri, mədəniyyət və idman nazirinin müavini Azilxanov Marat Almasoviç, eləcə də Qazaxıstan Dövlət Universitetinin rektoru Mutanov Qalım Mutanoviç, Beynəlxalq Türk Akademiyasının rektoru Darxan Kıdırali və s iştirak edirdilər".