Nazir: "Dünyada gedən proseslər məsələnin aktuallığını artırır"
25 Aprel 2016 14:48 Sosial"Son illər dünyada gedən proseslər məsələnin aktuallığını daha da artırır. Bu gün işinə başlayan biznes simpozimu da əhəmiyyətliyi ilə seçilir. İnklüziv cəmiyyətlərin formalaşmasına bir sıra qrumlar məsuliyyət daşıyır". SİA-nın məlumatına görə, bunu bugün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, qaçqınların və miqranların məskunlaşması, onların elmə, savada yiyələnməsini təmin etmək əsas çağırışlardandır: "Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün düşmüş insanların məskunlaşdırılması ölkəmizdə əsas prioritet məsələ olub". Nazir deyib ki, əgər 2001-ci ildə vətəndaşlarımız yoxsulluqdan aşağı səviyyədə yaşayırdısa, bu gün onların sayı mində birdir: "Bu Forum iqtisadiyyatın daha inkişaf etdirilməsi üçün gözəl imkanlar açacaq. Hesab edirəm ki, simpozumda səsləndiriləcək fikirlər, ideyalar inkişafın yeni mərhələdə olmasına gözəl təkamül olacaq".