SAM-ın direktoru Rusiyaya səfər edəcək
25 Aprel 2016 12:28 SosialAprelin 26-28-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov Rusiya Federasiyasında səfərdə olacaq. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək "V Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı"-nda iştirak etməkdir. SAM rəhbərinin konfrnasda çıxışı da nəzərdə tutulub. Tədbirdə "Terrorizm qlobal təhlükəsizliyə böyük təhdid kimi", "Yaxın Şərq ziddiyyətlər düyün", "Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar", "Mərkəzi Asiyada təhlükəsizlik", "Qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq", "Avropada müharibə və sülh məsələləri: Avropada yeni təhlükəsizlik sistemi" mövzulu panellər planlaşdırılır. Fərhad Məmmədov "Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar" mövzulu paneldə çıxış edəcək.