Yeni antiazərbaycan kampaniyası başlayır
25 Aprel 2016 12:10 SosialBeynəlxalq QHT koalisiyası adlanan şəbəkə dünya musiqiçilərinə müraciət edərək onları "Formula-1" idman yarışları zamanı Bakıya getməməyə çağırıb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, son dövrlərdə onların bəhanəsini kəsmək üçün hökumət xeyli addımlar atsa da, lakin yeni bəhanələr tapılıb: "Avropa üçün terrorçu sayılanlar, bizim üçün dini xadim, Avropa üçün çirkli pulları yuyanlar cinayətkar, bizim üçün ictimai xadim və s. sayılır. Mən xeyli əvvəl yazmışdım ki, Azərbaycan hökuməti nə edirsə etsin, bütün mümükün tələbləri yerinə yetirsin, lakin kampaniyalar səngiməyəcək. Son günlərdə cəbhə xəttində baş verənlərdən sonra yeni antiazərbaycan kampaniyasının başlanacağının anonsunu verilmişdi". Sahib Məmmədov deyib ki, həmişəki kimi kampaniyaya Azərbaycandan start verildi: "Yeni "xilaskar" şəbəkələr yarandı, sonra Avropadakı erməni QHT-ləri sıralarına cəlb etdikləri "azərbaycanlıları" işə qoşdu, indi bu şəbəkə fəaliyyətə keçdi. Ardı var. Mən bu barədə dəfələrlə yazmışam".