Rusiyanın NTV telekalında yayımlanan “Поедем, поедим!” verilişi Azərbaycana həsr olunub

Rusiyanın NTV telekalında yayımlanan "Поедем, поедим!" verilişinin növbəti buraxılışı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycana həsr olunub. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, verilişdə aparıcı Con Uorren neft vannası qəbul edib və əcəbsandal hazırlayıb. Çəkilişlər Bakıda Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə və Naftalanda, Göygöl rayonunda aparılıb.

Qeyd edək ki, Nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı müxtəlif ölkələrin nüfuzlu kanallarında tanıtım filmləri, verilişlər yayımlanır.

https://www.youtube.com/watch?v=EyCw5rA9r3o

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00