“Gənclər Evi”ndə “Görüş Yerimiz Qarabağ” adlı tədbir keçirilmişdir
25 Aprel 2016 11:25 Sosial24.04.2016 tarixində Səbail rayon "Gənclər Evi"ndə "Görüş Yerimiz Qarabağ" adlı tədbir keçirilmişdir. Tədbirdə 70-ə yaxın gənc və tələbələr iştirak etmişdir.
Tədbirin qonağı son vaxtlar düşmənlə üzbəüz səngərlərdəki əsgərlərimizi ziyarət edərək, onlara öz dəstəyini göstərən, onların xidmətləri və qayğıları ilə yaxından maraqlanan İş Adamı və Xeyriyyəçi Səbuhi Rəcəb olmuşdur. Görüş zamanı Səbuhi Rəcəb bir sıra vacib məsələlərə , əsasən son vaxtlar cəbhə ərazilərindəki hərbi əməliyyatlara, o cümlədən 3 gün davam edən əməliyyatlar sonrası Azərbaycanın əldə etdiyi uğur ve nailiyyətlərə , milli menevi dəyərlərə , döyüş ruhu ve gələcək planlar haqda xeyli söhbətlərə toxundu. Fəaliyyəti müddətində qazandığı təcrübələri v' bilikləri gənclərimizlə bölüşdü. Daha sonra görüşdə gəncləri maraqlandıran suallar qonaq tərəfindən cavablandırıldı. Tədbir iştirakçılarının təklifləri və müzakirələri ilə görüş davam etdirildi. Tədbirin sonunda qonaq və gənclərlə xatirə fotosu çəkildi.