Çiyələyin faydaları - və bazarda satılan faydasız çiyələk VIDEO
22 Aprel 2016 18:53 SosialYazın nübar giləmeyvələrinə alça, gilas və çiyələk daxildir. Bu məhsulların tam yetişməsi mayın sonlarına təsadüf edir. Ancaq müasir dövrün "inkşafı" ziyana, xeyirə baxmadan, elə bir şərait yaradıb ki, pulun varsa, hər mövsümdə nə istəsən tapa bilərsən. Hələ may ayının "M" hərfi çatmadan bazarlarda çiyələyin rəngi adama gəl-gəl deyir. Lakin qoxusu və dadı həmişəki çiyələyin dadını vermir. Çiyələyin tərkibindəki yüksək C vitamini orqanizmdə immun sistemini gücləndirir, dişləri ağardır, qanı duruldur, sperma sayını aktivləşdirir. Gün ərzində 300qr çiyələk yemək artıq çəkidən əziyyət çəkənlərin çəkisinin azalmasına kömək edir. Amma hazırda bazarda satılan çiyələyin sadaladığımız xeyirləri varmı? Bazardakı çiyələk əzilmədən, gözəl rəngdə adamın üzünə gülür. Yaxınlaşanda bəziləri elə düşünür ki, bəlkə yerli mal deyil. Şübhələnməyə ehtiyac yoxdur, yerlidir. Amma hamı onu yeyə bilərlərmi? Sən demə hamı bu nübarlıq çiyələkdən yeyə bilməz. Gəlin ATV Xəbərin hazırladığı materiala diqqət edək və görək çiyələyi kim yeyə bilər?