Banan insanları korluqdan xilas edəcək VIDEO

Elm və texnologiyanın surətlə inkişaf etdiyi bir dövrdə, insanları heyrətləndirmək elə də asan deyil. Lakin mütəxəssislər yeni açıqlmaları ilə hər kəsi təəccübləndirməyi bacarıblar. Nə qədər qəribə səslənsə də onlar banan yeməklə korluğun qarşısını almağın mümkün olacağını iddia edirlər. Mütəxəssislərin sözlərinə görə, banana rəngi karotinoid piqmenti verir. Gələcəkdə bu piqmentin bananların tərkibinə daha çox yerləşdiriləməsi planlaşdırılır. Səbəb karotinoid piqmentinin insanın qaraciyərində vitamin A-ya çevrilməsidir. Hansı ki, bu vitamin görmə qabiliyyətinin zəifləməsinin qarşısını alır. Hələki mövzu ilə bağlı son araşdırmaları aparan mütəxəssislər yaxın zamanlarda prosesi reallaşdırmağı planlaşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00