Azərbaycanlı ifaçı ilk dəfə muğamla dubstep janrını uzlaşdırıb
22 Aprel 2016 17:37 SosialFransada yaşayan azərbaycanlı musiqiçi Etibar Əsədli yeniliyə imza atıb. E. Əsədlinin APA-ya verdiyi məlumata görə, "Eşq" (L'amour) adlı kompozisiyada ilk dəfə muğamla dubstep janrı uzlaşdırılıb. Kompozisiyanın musiqisi və aranjemanı ifaçıya məxsusdur. Muğamı xanəndə Sahib Asadov, əsas mövzunu isə portuqaliyalı müğənni İsa Pedro ifa edib. E. Əsədli bildirib ki, kompozisiyada dörd janrın - muğam, dubstep, klassika və repin xüsusiyyətləri əks olunub. Kompozisiyanın klipi Parisdə "Asadli Pro" studiyası tərəfindən çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00