Səbaililərdən beynəlxalq təşkilatlara müraciət
22 Aprel 2016 17:26 SosialÇernobıl qəzasının 30-cu ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçı Eldar Əzizov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Toplantıda qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunub, 40 nəfər sanatoriyaya göndərilib. Bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb.
"OLAYLAR"-ın İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, keçirilən görüşdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş səbaillilər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistan dövlətinin işğalçı kimi pislənməsi və Ermənistandakı "Metsamor" AES-nın bölkə üçün ciddi təhlükə və regionda yaşayan iinsanlar üçün yeni texnogen qəza mənbəyi olduğundan dərhal bağlanılması tələbi ilə müraciət ediblər.