“İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Yasamal rayonu, "Qasımbəy" məscidi dini icması tərəfindən "İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirlib ki, Yasamal rayonu, "Qasımbəy" məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Novruz Nuriyev, "Qasımbəy" məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslamda qardaşlıq və məzhəblərarası dialoqun prinsipləri haqqında geniş məruzə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00