Musiqili Teatr Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiyaya səsvermədə fəal iştirak edib
22 Aprel 2016 17:23 SosialAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinin icrasına start verilib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
"OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, təmsil etdiyi qurumun əməkdaşları petisiyaya səsvermə prosesində fəal şəkildə iştirak ediblər. "Dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar kimi biz də - Musiqili Teatrın kollektivi də Ermənistanın işğalçılıq siyasətini pisləyir, torpaqlarımızım dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Aprel ayının ilk günlərində erməni qəsbkarları təmas xəttində növbəti dəfə təxribat törətdilər. Ordumuz tərəfindən onlara layiqli cavab verildi. Həmin günlərdə Musiqili Teatrın kollektivi teatrda keçirilən böyük müşavirədə ordumuzun qazandığı qələbələrə və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışına öz münasibətini bildirdi və ordumuzla, Prezidentimizlə fəxr etdiyini, qürur duyduğunu, birlikdə olduğunu bəyan etdi.