Gürcü gənclər Azərbaycana səfərə gəlib

Gürcüstanın İnkişaf Fondunun (GİF) nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində gürcü gənclər Bakıda bir sıra görüşlər keçiriblər. Yeni Azərbaycan Partiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, Gürcüstanın İnkişaf Fondunun nümayəndə heyəti səfər çərçivəsində hakim partiyanın Gənclər Birliyinin ofisində də görüş keçiriblər. Görüşdə iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00