Dövlət qulluqçuları üçün yeni müsahibə elan olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib. Bu barədə məlumat "OLAYLAR"-a Komissiyanın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini aprelin 22-dən mayın 10-dək olan müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayatəqdim etməlidirlər. Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00