Heydər Əsədov Türkiyədə sərgiyə qatılacaq
22 Aprel 2016 16:53 SosialTürkiyə Respublikasının Antalya şəhərində 2016-cı ilin EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisi keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, naziri Heydər Əsədov Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə 2016-cı ilin 22 aprel tarixində EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisində iştirak etmək məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib. Səfər çərçivəsində Faruk Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirə olunması, eləcə də Türkiyənin aqrar sahədəki potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00