Neftçinin meyitini gətirmək üçün
22 Aprel 2016 16:52 SosialXəbər verildiyi kimi, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00