Nizami rayonunda yanğın olub, 5 nəfər təxliyyə olunub

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə eyvanın taxtadan ibarət üzlüyü 2,5 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2 kv.m sahə yanıb. Yanğın zamanı mənzillərdən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
FHN-in təyyarəsi Türkmənistana yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00