“Multikulturalizm qaçılmazdır” mövzusunda elmi seminar keçirilib
22 Aprel 2016 16:50 SosialMədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində "Multikulturalizm qaçılmazdır" mövzusunda növbəti seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarı Mərkəzin elmi katibi Hüseyn İbrahimov açaraq sözü İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadəyə verib. T.Hidayətzadə "Multikulturalizmin tarixi və Azərbaycanda multikulturalizm" adlı çıxışında multikulturalizmin mənasından, formalaşmasından və zəngin tarixindən bəhs edib. Mövzu geniş diskusiyanın yaradılmasına səbəb olub. Bədii təhsil şöbəsinin metodisti Lalə Musayeva "Bakıda ilk qızlar məktəbinin yaranması və azərbaycan musiqi mədəniyyətində qadın bəstəkarların rolu" adlı məruzəsində Azərbaycanda ilk qadın təhsilinin təməlindən, qadınların cəmiyyətimizdə hüquq bərabərliyindən söz açaraq məşhur bəstəkarlar Ağabaçı Rzayevadan, Şəfiqə Axundovadan, Ədilə Hüseynbəylidən, Elza İbrahimovadan və Firəngiz Əlizadədən bəhs edib.