Məhsul satışının həcmi artıb
22 Aprel 2016 16:41 Sosial2016-cı ilin yanvar-mart aylarında istehlakçılara 6793,4 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 4,8 faiz artaraq 3429,9 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 1,9 faiz artaraq 3363,5 milyon manata bərabər olub. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.