Evdə limonadın hazırlanma qaydası
22 Aprel 2016 19:53 SosialYay fəsli gəldisə, sərin içkilərə ehtiyac da artır. Limonad isə sərin içkilər arasında ən çox sevilən və arzuediləndir. Özünüz və övladlarınıza asanlıqla limonad içməyi məsləhət görə bilərsiniz. Çünki zərərsiz içkilərdən biridir. C vitamini qaynağı olan limonad sərinləşdirici təsirə malikdir və ləziz dadı var. Evdə hazırlayacağınız limonad isə hər zaman əlinizin altında olacaq. Aile.lent.az sizə ev şəraitində limonad hazırlamağın üsulunu təqdim edir.
Vəsaitlər
* 4 limon
* 1 stəkan şəkər tozu
* 7 stəkan su
Hazırlanması:
Limonları rəndələyib incə-incə doğrayın və şəkər tozu ilə qarışdırın. Sonra əlinizlə ovalayın. Suyu əlavə edib süzgəcdən keçirin. Limonad hazırdır. Zövqə görə içinə limon dilimləri və nanə yarpağı da əlavə edə bilərsiniz.