Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enib. Əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişib, şimşək çaxıb, əksər rayonlarda yağış yağıb, dağlıq rayonlarda qara keçib. Düşən yağıntının miqdarı 1-9 mm təşkil edir. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00