Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal üzrə birincilik keçirilib

Aprelin 21-də Olimpiya İdman Kompleksində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəb komandaları arasında futzal üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yarış mayın 6-dək davam edəcək. Qalib komandalara diplom və qiymətli hədiyyələr veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00