Dövlət qulluqçuları etik davranış qaydaları ilə bağlı maarifləndirilir
22 Aprel 2016 11:28 SosialŞəmkir Gənclər Paytaxtı 2016 layihəsi çərçivəsində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən dövlət orqanı tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranışlara uyğunluğuna nəzarət etmək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə maarifləndirmə seminarı keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, seminar müşavirədə Gəncə, Yevlax, Mingəçevir, Şəmkir, Gədəbəy, Tovuz, Samux, Qazax, Ağstafa, Daşkəsən,Göygöl rayon (şəhər) Gənclər və İdman İdarələrinin rəhbər heyətləri iştirak ediblər. Seminarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kadrlarla İş Üzrə Şöbəsinin müdiri Gülgəz Tağıyeva və Regionlar və Kadlarla İş şöbəsinin baş məsləhətçisi Namiq Abdullayev tədbir iştirakçılarına mövzu üzrə təlim keçiblər.