“Multikulturalizm ili” çərçivəsində məktəblərdə təlimlər keçirilir
22 Aprel 2016 11:26 Sosial"Multikulturalizm ili" çərçivəsində Bakının ümumi təhsil müəssisələrində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimləri davam edir. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, növbəti təlim Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil siniflərində keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir.