Atdan yıxıldı, komaya düşdü

Gədəbəy rayonu, Böyük Qaramurad sakini Eldəniz Ələkbərov koma vəziyyətində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) gətirilib. Kəpəz TV-i (Region TV)  xəbər verir ki, ilkin məlumatlara görə, 23 yaşlı şəxs atdan yıxılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə həkimlər tərəfindən açıq kəllə-beyin travması, beyindaxili hematoma və ya beyin əzilməsi diaqnozu qoyulub, vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00