Körpələr nəyə gülür?
21 Aprel 2016 19:50 SosialƏn əsəbi insanı belə sakitləşdirir, müsbət əhval-ruhiyyə yaradır. Söhbət körpələrin şirin-şirin gülüşündən gedir. Bəs maraqlıdır, şüuru hələ formalaşmayan, yumor hissinin nə olduğunu bilməyən körpələr nəyə gülür? Bu mövzu ilə bağlı araşdırma aparan mütəxəssislər maraqlı açıqlama ilə çıxış ediblər. Onlar gülüşün əslində hər bir körpənin danışma dili olduğunu bildiriblər. Məsələn,ac, yorğun, yuxusuz olduqda ağlamaqla bunu biruzə verən körpələr, gülərək də ətraflarındakı insanlara hər şeyin yaxşı olduğuna dair mesaj ötürürlər.
Qeyd edək ki, körpələrin 90%i iki ayı tamam olana qədər gülməyə başlayırlar. Oğlan uşaqları gün ərzində 50 dəfə, qızlar isə 37 dəfə ətraflarında olan insanlara gülüşləri ilə sevinc bəxş edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00