Əli Hüseynli: “Uşaq hüquqlarının təmin edilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası ortadadır”

"Çox həssas məsələ olan uşaq hüquqları mövzusuna hər zaman diqqətlə yanaşılıb. Bu istiqamətdə həm Azərbaycan dövləti, hökuməti, həm də ali qanunverici orqan olaraq Milli Məclis ardıcıl, sistemli tədbirlər həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu aprelin 21-də Milli Məclisdə (MM) təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi" adlı dəyirmi masada çıxışı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, məhz bu addımların, görülən işlərin sayəsində uşaq hüquqlarının təmin edilməsi ilə bağlı həm yaxşı nəticələr, həm də yaxşı, mükəmməl qanunvericilik bazası ortadadır. "Ancaq praktika zaman-zaman müvafiq qanunvericilkidə müəyyən dəyişikliklər edilməsini də tələb edir. Hesab edirəm ki, bunlar da edilir və ediləcək" - deyə, komitə sədri sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00