Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur

"Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur. Gör nə dərəcədə naqlıy olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Novruz Məmmədov səsləndirib. O, bildirib ki, Ermənistan BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır: "Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə naqlıy olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00